Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Cabir Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cabir Rəfiyevin aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla o, 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunub.
İttihama görə, hadisə 08 noyabr 2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Belə ki, Cabir Rəfiyev həyat yoldaşı, zərərçəkmiş Fəridə Rəfiyeva (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun burun nahiyəsindən bir dəfə vurub. Nəticədə zərərçəkmiş şəxsə burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, cərrahi müdaxilə yolu ilə repoziya olunmuş burun sınığı, burun və hər iki gözətrafı nahiyələrin qançırları ilə müşayiət olunan xəsarətlər yetirilib.
Ekspertiza rəyinə görə, xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayıb, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olub və qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.
Bununla da, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunub.
Məhkəmə istintaqı zamanı Cabir Rəfiyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Fəridə ilə təxminən 5 il əvvəl ailə həyatı qurduğunu, 3 il əvvəl rəsmi nikaha daxil olduqlarını və nikahdan bir azyaşlı övladlarının olduğunu deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, son bir il yarım ərzində rəsmi boşanma olmasa da, faktiki olaraq ayrı yaşayıblar.
Cabir Rəfiyev hadisədən bir neçə gün əvvəl övladını görmək məqsədilə zərərçəkmiş şəxslə əlaqə saxladığını, 08 noyabr 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində metronun “Koroğlu” stansiyası yaxınlığında görüşdüklərini və taksi ilə Sabunçu qəsəbəsi ərazisinə hərəkət etdiklərini qeyd edib. O, taksidən düşərkən Fəridənin ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən emosional vəziyyətə düşdüyünü və bu zaman bir dəfə yumruqla burun nahiyəsindən zərbə vurduğunu, daha sonra isə hadisə yerindən uzaqlaşdığını deyib.
Məlumata görə, baş verən mübahisə qısa müddət davam edib və hadisə zamanı şahid olmayıb. (Pravda.az)
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO










