Astarada balıqçılar itkin düşdü - YENİLƏNİB

Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Ağadədə Həsənov və Turan Həsənov dünən balıq tutmaq üçün Xəzər dənizinə çıxıblar. Sonra onlardan xəbər olmadığı üçün yaxınları müvafiq orqanlara məlumat veriblər.
Məlumata görə, A.Həsənov 5 gün əvvəl ata olub, T.Həsənov isə 20 gün öncə evlənib.
***12:48
Astarada itkin düşən balıqçıların kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.
***11:06
Astara rayonu ərazisində, Xəzər dənizində 2 nəfər itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












