Astarada FACİƏ: 36 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB

Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə boğulma hadisəsi baş verib. Hadisə ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş.
Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.
***09:06
Astara rayonunda bir nəfər dənizdə batıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.
İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.
Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












