“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - VİDEO

Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilir. Avtosfer.az-ın “Baku TV”yə istinadən məlumatına görə, hazırda onun axtarışları davam etdirilir.
Yeniyetmənin nənəsi bildirib ki, Fərid görmə məhdudiyyətli anasının yeganə övladıdır:
“Anası 16 ildir oğlunun üzünü görə bilmir, gözdən əlildir. Qızımın tək övladıdır. Elə bu uşağın üstündə balamın gözləri tutulub. Atasına deyir ki, uşağımın meyitini gətirin, əlimi sürtüm”.
Yeniyetmənin xalası isə hadisənin təxminən saat 16:00 radələrində baş verdiyini deyib:
“Bacımın oğlu kanala üzməyə gedərkən suya düşüb. Yanındakı uşaqlar onu xilas edə bilməyiblər, özləri də suya atılmağa qorxublar. Təxminən 10 dəqiqə suda qalaraq kanaldakı dəmirdən yapışıb. Yanındakılar azyaşlı olduqları üçün onu çıxarmağa gücləri çatmayıb. Həmin ərazidə köməyə gələcək heç kim olmayıb. Nənəsi onu böyük əziyyətlə böyüdüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, kanalın suyunu dayandırsınlar və Fəridimizin nəşini taparaq bizə təhvil versinlər”.
Daha ətraflı süjetdə:

Foto: Fərid Osmanov
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












