Avropadan Rusiyaya mal daşıyan Azərbaycan nömrəli avtomobil Gürcüstanda saxlanıldı

İyulun 24-də Türkiyədən Gürcüstana daxil olan Azərbaycan dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində Avropa mənşəli malların daşındığı müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi “Sarpi” gömrük-keçid məntəqəsinin nəzarət zonasına Türkiyə ərazisindən daxil olub. Sürücü tərəfindən təqdim edilən sənədlərin yoxlanılması zamanı yükün Türkiyədən tranzit qaydada Rusiya Federasiyasına daşındığı və malların Avropa mənşəli olduğu müəyyənləşdirilib.
Gürcüstan Gəlirlər Xidməti Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların icrası çərçivəsində nəqliyyat vasitəsinin Türkiyəyə geri qaytarıldığını bildirib.
Lakin bir neçə saat sonra həmin nəqliyyat vasitəsi yenidən “Sarpi” gömrük-keçid məntəqəsinə daxil olub. Bu dəfə sürücü tərəfindən təqdim edilən mənşə sertifikatında malların mənşə ölkəsi Türkiyə kimi göstərilib.
Şübhələnən gömrük əməkdaşları yükün qismən vizual yoxlanışını həyata keçiriblər. Yoxlama zamanı yükün üzərindəki zavod etiketlərində malların mənşə ölkələri kimi Almaniya və Xorvatiyanın göstərildiyi müəyyən olunub.
Gürcüstan Gəlirlər Xidməti sənədlərin saxtalaşdırılması və sanksiyaya məruz qalan yükün gömrük nəzarətindən yayındırılmaqla daşınmasına cəhd ehtimalının yarandığını açıqlayıb.
İş üzrə materiallar araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












