Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO

Paytaxtın Gəncə prospektində baş verən təhlükəli anlar avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 20-də saat 20:15 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, ara küçədən velosipedlə əsas yola çıxan azyaşlı hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan, əks istiqamətdə hərəkət edib. Bu zaman o, videonu qeydə alan avtomobilin qarşısına qəfil çıxıb. Sürücü operativ reaksiya göstərərək əyləcə basıb və ehtiyatlı davranışı sayəsində mümkün faciənin qarşısını son anda alıb.
Qeyd edək ki, azyaşlıların nəzarətsiz şəkildə intensiv hərəkətin olduğu yollara buraxılması onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Valideynlər uşaqların yol hərəkəti qaydalarını mənimsəməsinə xüsusi diqqət yetirməli, onların xüsusilə magistral və hərəkətin sıx olduğu küçə və prospektlərdə nəzarətsiz hərəkət etməsinə yol verməməlidirlər. Belə hallarda bir anlıq diqqətsizlik ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












