Avtomobilində ölü tapılan direktor kimdir? - DOSYE

Gəncə şəhərində alüminium zavodunun direktoru, professor Cəmil Səfərov dünyasını dəyişib. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, onun yaşadığı binanın qarşısında şəxsi avtomobilində ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Vəfat edən direktor eyni zamanda Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya kafedrasının professoru olub. 63 yaşlı direktor bayram ərəfəsində Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilməsi barədə diplom alıbmış.
Qeyd edək ki, Cəmil Səfərov 23 oktyabr 1963-cı ildə anadan olub, 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib, daha sonra “Ümumittifaq Geoloji Elmi-Tədqiqat İnstitutunun Bakı filialının aspiranturasını bitirub və 1991-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri elmi dərəcəsi alıb. 2000-ci ildə Rusiya Federasiyası Kursk Dövlət Texniki Universitetinin doktoranturasına daxil olmuş və 2018-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasında doktorluq dissertasiyasını müdafiə edib. O, uzun illər boyunca “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Sahəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib, metallurgiya sahəsində çoxsaylı gənc mühəndis və mütəxəssis nəslinin yetişdirilməsində əvəzsiz xidmətləri olub. SCOPUS və WoS bazalarında indekslənmiş və digər elmi jurnallarda dərc olunmuş 150 dən artıq elmi məqalələrin və tədris-metodiki işlərin müəllifidir.
O, ali təhsil müəssisələrində professor və dosent vəzifələrində fəaliyyət göstərərək, elmi məktəblərin formalaşmasına mühüm töhfə verib.
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












