Avtomobilində yüksək səslə musiqiyə qulaq asdı - Həbs olundu

Bakıda avtomobilində yüksək səslə musiqi dinləyən sürücü həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, "Chevrolet" markalı, 90-YS-940 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 2001-cı ildə Tərtər rayonunda anadan olan B.H. idarə etdiyi avtomobildə yüksək səslə musiqiyə qulaq asdığı üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, sürücü gecə saat 21:00 radələrində yol polisi əməkdaşları ilə mübahisə edib, yüksək səslə səs-küy salaraq, onlara qarşı aqressiv hərəkətlər edib və polisin qanuni tələbinə qəsdən tabe olmamağa cəhd göstərib.
Məhkəmənin hökmü ilə B.H. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 4 gün müddətinə inzibati qaydada həbs olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












