Avtomobilini cərimə meydançasından götürmək üçün bir torba narkotiklə gəldi - FOTO

Rusiyda Ufa sakini avtomobilini cərimə meydançasından götürmək üçün bir torba narkotiklə gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Başqırdıstan yol polisinin rəisi Vladimir Sevastyanov məlumat verib.
Onun sözlərinə görə, 42 yaşlı sürücü sərxoş halda yol polisi əməkdaşları tərəfindən saxlanılııb və o, tibbi müayinədən keçməkdən imtina etdikdən sonra avtomobil cərimə meydançasına aparılıb.
Həmin şəxs “Honda Civic” markalı avtomobilini buraxılması üçün yol polisi alayının administrasiyasına gəlib.
Nəzarət-buraxılış məntəqəsində ona qadağan olunmuş əşyaların olub-olmadığı yoxlanılıb və şübhəlidən bağlama aşkar edilib.
İfşa edilən şəxs qaçmağa çalışsa da, polislər tərəfindən küçədə saxlanılıb. Bağlamanın içərisində olan yaşıl rəngli maddə ekspertizaya göndərilib və narkotik tərkibli çətənə olduğu müəyyən edilib.
Onun ümumi çəkisi 1 qrama yaxın olub.
Əlavə araşdırma üçün saxlanılan şəxs yaxınlıqdakı polis şöbəsinə aparılıb.
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













