Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı - VİDEO

İnquşetiyada iyunun 15-də Sunja çayının axınının apardığı 8 yaşlı Xizir Dərbiçevin meyiti tapılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb. “Uşağın meyiti saat 16:50-də aşkar edilib. Nəticədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Əhməd Yevloyev axtarış-xilasetmə işlərinin yekunlaşdığını rəsmən elan edib”, - məlumatda deyilir. Qeyd edək ki, Xizir Dərbiçev dostu Adəmi xilas etmək üçün Sunja çayına atılıb. Yaxınlıqda olan başqa bir oğlan kömək istəməyə qaçıb. Adəm xilas edilsə də, Xiziri güclü axın aparıb. İnquşetiya və Çeçenistanda aparılan axtarış əməliyyatlarına xilasedicilər, könüllülər, fövqəladə hallar xidmətinin əməkdaşları və Qafqaz regionundan yerli sakinlər də daxil olmaqla 6 mindən çox insan səfərbər edilib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Xizirin ad günü idi. Yaşasaydı, 8 yaşını qeyd edəcəkdi.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












