Ayıların kəndlərə hücum səbəbi bu imiş... - Zooloq AÇIQLADI

Qubanın Səbətlər kəndində ayılar mal-qaraya hücum edib. Hadisə zamanı kənd sakinlərinə məxsus camış və inək parçalanıb. Yerli əhali kəndin içərilərində də ayı izlərinə rast gəldiyini bildirib.
Məsələ ilə bağlı açıqlama verən Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib ki, hadisənin əsas səbəblərindən biri ekoloji şəraitdir:
“Əsas faktor həmin ərazilərdə meşələrin qırılmasıdır. Ayılar, əsasən, sıx meşəlik olan sahələrdə yaşayır. Güman ki, hücum etdikləri ərazi əvvəllər onların məskunlaşdığı yerlərdən biri olub. Hazırda isə insanların məskunlaşması, ağacların qırılması və iaşə obyektlərinin qurulması bu prosesləri sürətləndirir. Xüsusilə zibil qablarının düzgün quraşdırılmaması qoxuların ətrafa yayılmasına səbəb olur və yırtıcı heyvanları həmin ərazilərə çəkir. Eyni zamanda, qida çatışmazlığı səbəbindən ayılar yaşayış məntəqələrinə üz tutur”.
Ekspert bildirib ki, heyvanların təbii yaşayış mühiti məhv edildikcə bu halların davam edəcəyi qaçılmazdır:
“Heyvanlar həmin ərazilərə insan yeməyə gəlmirlər. Bunun qarşısını almaq üçün ayıların yaşayış yerini əlindən almaq lazım deyil. İnsan özü yaşayış yerini verməyə razı olmaz, heyvan da elədir. Ona görə də sakinlər bütün zərərli halların qarşısını almağı bacarmalıdır. Bir az da davam etsə, insanlarla heyvanlar yanaşı yaşayacaq. Əhalinin saxladığı qoyun, keçi, inək kimi heyvanların xüsusi qoxusu da yırtıcıların diqqətini cəlb edir. Ayılar ac qaldıqca daha da aqressivləşirlər. Amma insan özünü aqressiv aparmasa və heyvana qarşı təhlükəli addım atmasa, ayı heç vaxt onlara hücum etməz”.
Onun sözlərinə görə, məsuliyyət təkcə əhalinin üzərinə düşmür:
“Belə yerlərdə yaşayan insanlar bilməlidirlər ki, qonşuluqlarında yırtıcı heyvanlar var və təhlükəsizlik tədbirlərini buna uyğun qurmalıdırlar. Xüsusən zibilxana qoxusundan ehtiyatlı olmaq lazımdır. İnsan bütün səbəbləri özündə axtarmalıdır. Eyni zamanda Ekologiya Nazirliyi də meşəlik əraziləri qorumalı, orada iaşə obyektlərinin qurulmasının qarşısını almalıdır”.(yeni.sabah)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












