Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti

Barəsində olan cinayət işinə xitam verdirib azadlığa çıxmaq istəyən şəxs dələduzluğa məruz qalıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, R.M. narkotik cinayətində şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. R.M. yaxınlarına xəbər göndərərək, Əli adlı şəxsin onun barəsindəki cinayət işinə xitam verdirə biləcəyini deyib. Bu baxımdan, o, yaxınlarına həmin şəxslə görüşmələrini tapşırıb. R.M.-nın yaxınları həmin şəxslə görüşüb. Əli onlardan cinayət işinə xitam verilməsi üçün 30 000 manat pul istəyib. Qarşı tərəf razılaşıb və hissə-hissə Əliyə 30 000 manat verilib. Lakin Əli verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılıb. Əli verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini deyib. Əlavə edib ki, dəymiş zərəri qaytarmaq istəsə də, buna imkanı olmayıb. Məhkəmənin hökmü ilə Əliyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












