Azərbaycana gələn iranlı "TIR" sürücüsü qarət olundu

Azərbaycana gələn İran vətəndaşı qarət olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometrliyində, yolun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində baş verib.
Rayonun İstisu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Arifə Məmmədova (soyadı şərtidir) evində spirtli içki qəbul edərək həmin ərazidəki körpünün yaxınlığında dayanıb. O, həmin vaxt Bakı istiqamətində hərəkətdə olan "Scania" markalı 98-AA-713 dövlət nömrə nişanlı TIR yük avtomobilini saxlatdırıb, sürücüdən onu da sərnişin kimi götürməsini xahiş edib. İran vətəndaşı olan sürücü Banu Fərəh Babak qadını maşına götürüb yoluna davam edib.
Yolda sürücü avtomobildən düşüb, yolun kənarında onu gözləyən şəxslə söhbət edib. Fürsətdən istifadə edən Arifə maşında olan pulqabını açıb, onun içərisində olan 900 ABŞ dolları (1 530 manat) götürərək, pulqabını yerinə qoyub. Təxminən 10-15 kilometrdən sonra Arifə sürücüdən maşını saxlamağı xahiş edib və o, avtomobildən düşüb. Bu vaxt sürücü pulqabının yerinin dəyişməsindən şübhələnib və onun içərisinə baxanda pullarının oğurlandığını görüb. Sürücü qadını çağıraraq ondan pulları tələb edib. Qadın sürücünün şübhələndiyini hiss edərək götürdüyü pulları yolun kənarındakı qum topasının içərisində gizlədərək sürücünün yanına gəlib və ciblərini göstərərək, pulu götürmədiyini bildirib. O, daha sonra sürücünü şərləməyə başlayıb. Qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, İran vətəndaşı olan sürücünün ona böhtan atdığını bildirib. Qadın, həmçinin sürücünün narkotik vasitə daşıdığını deyərək polisə yalan məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücü hadisə barədə polisə məlumat verib. Polis əməkdaşlarının araşdırmaları zamanı qadının pul oğurladığı üzə çıxıb və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədovaya bir il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












