Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı

Lənkəranda qadın ərini bıçaqlayıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, aralarında yaranmış mübahisə zamanı 34 yaşlı Aytən Seyfullayeva əri Şadil Seyfullayevi (soyadlar şərti) ayaq nahiyəsindən bıçaqlayıb.
Hadisəyə səbəb isə Şadilin cütlüyün yeni doğulan körpəsini təhqir etməsi olub. Belə ki, Şadil işdə olarkən zəng edərək yeni doğulan körpəyə alış-veriş etmək üçün ondan pul istəyib. Şadil pulunun olmadığını deyib. Kişi evə gələndə isə qadın pulları əxlaqsız qadınlara xərclədiyini deyib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Mətbəxdə davam edən mübahisə zamanı körpə ağlayıb və Şadil uşağı təhqir edib. Bundan hiddətlənən Aytən stolun üstündən bıçağı götürərək, Şadilin ayağından xəsarət yetirib.
Zərərçəkənin şikayəti əsasında Aytən polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bundan əvvəlki evliliyindən 4, hazırkı evliliyindən isə 1 övladı var. O, əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən Şadil Seyfullayev də həmçinin arvadına qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə A. Seyfullayeva 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












