Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.
Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdən biri ehtiyatsızlıq edib və həmin məhlulu əli ilə təmizləmək istəyib. O, məhlulu təmizləyərkən məhlulun iyindən gözləri göynəyib və əli ilə səhvən gözünü silib.
Nəticədə şagirdin gözünə məhlul düşüb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra uşaq valideynləri tərəfindən Bakıya gətirilib.
Məlumata görə, azyaşlı Masallı rayonunda babasının himayəsində qalırmış. Hadisədən sonra onun Bakıda işləyən valideynləri rayona gələrək uşağı Bakıya gətiriblər. Şagird Bakıda tibbi müayinədən keçiriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı araşdırma aparılır. (oxu.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












