Azərbaycanda hakim özü-özünə etiraz etdi

Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hakim özü özünə etiraz edib.
Buna səbəb isə R.Ələkbərlinin Zamiq Xankişiyevin qardaşı Ş.Xankişiyevi əvvəldən tanımağı olub. Hakim bildirib ki, belə olduğu halda işin obyektiv araşdırılması mümkün deyil.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Z. Xankişiyevin cinayət işinə başqa tərkibdə baxılacağı ilə bağlı qərarı elan edib.
Xatırladaq ki, daha əvvəl məhkəmə Elnur Nuriyevin sədrliyi ilə keçirilirdi. Daha sonra hakim E.Nuriyev Bakı Apellyasiya Məhkəməsinə təyin olunub.
Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin milyon manata yaxın pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Z.Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir. O, bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb. Atası F.Xankişiyev isə 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib./e-huquq.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












