Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu

11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.
Bu barədə Avtsfer.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.
***11:18
Cəlilabad rayonunda zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
"İlkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək. AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər", - deyə məlumatda bildirilir.
***
Cəlilabad rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən sakinlərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 29-da saat 23:00-da zəhərlənmə şübhəsi ilə 10 nəfər (beş kişi, beş qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib./oxu.az
***10:48
Cəlilabad rayonunda zəhərlənmə olub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.
Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












