Azərbaycanda müəllim saxlanıldı - 65 min manatlıq DƏLƏDUZLUQ

Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir - red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb.
O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə danışaraq, guya qardaşının qızıl alverinə şərik axtarmasını deyib. O bildirib ki, qardaşı Azərlə qızıl alveri edərsə, yaxşı pul qazanacaq. O, bu məqsədlə Kəmalədən 20 min və 45 min manat olmaqla ümumilikdə 65 min manat alıb. Hadisədən xeyli vaxt keçsə də, Sevinc nə pulu qaytarıb, nə də Kəmaləni qızıl alverinə cəlb edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadın müəllim saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












