Azərbaycanda sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib.
Avtosfer.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb.
Müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.
Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. "Könlüm vurulub Lerikdə...", "Gəl dağlarla görüşə", "Gəlimli-gedimli dünya", "Ürəyimin dünya dərdi" və digər kitabların müəllifidir. 200-dən artıq elmi-publisistik məqalə yazıb.
O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub./oxu.az

Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












