Azərbaycanın 8 il öncə axtarışa verdiyi qumarbaz - Konqresmen olmaq istəyir - FOTO

Azərbaycanın 2018-ci ildə “İnterpol” xətti üzrə beynəlxalq axtarışa verdiyi erməniəsilli amerikalı qumarbaz Den Bilzeryan ABŞ Konqresinə seçilmək üçün Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, o, 3 noyabr tarixində keçiriləcək aralıq seçkilərdə Floridanın 6-cı dairəsindən namizəd olacaq.
Seçkilərdə onun rəqibi 2025-ci ildən Konqresdə Floridanı təmsil edən “respublikaçı”, yəhudi əsilli Rendi Fayndır.
Həm də antisemit baxışları ilə tanınan Bilzeryan rəqibini açıq şəkildə təhqir etməkdən də çəkinməyib. O, Faynı “gombul yəhudi” adlandırıb, həmçinin partiyadaşının İsrailin maraqlarını ABŞ-nin maraqlarından üstün tutmaqda, bununla da dövlətə xəyanət etməkdə ittiham edib.

Rəqibinin təhqir və ittihamlarına cavab verən Rendi Fayn ermənilərin Konqresdə yer tutmamalı olduğunu deyib. ABŞ-dəki erməni lobbisi isə onun bu çıxışından istifadə edərək dərhal Fayna qarşı hücuma keçib və onu “milli zəmində ayrı-seçkilikdə” ittiham edib.
Bu hücumlara cavab olaraq R.Fayn “X” hesabında paylaşım edib: “Ermənilər Konqresdə xidmət etməməlidirlər. Somalililər də etməməlidirlər. Yaxud Qvatemalalılar. Yaxud - gözləyin - israillilər də. Əgər siz xarici ölkənin vətəndaşısınızsa, bizim ölkəmizdə xidmət etməməlisiniz. Konqresin ikili vətəndaşlığı olanlar tərəfindən işğalını dayandırmaq üçün təklif etdiyim qanun layihəsini qəbul etməliyik”.
Məlumat üçün bildirək ki, ABŞ-də qumarbaz və “Playboy” ulduzu kimi tanınan Bilzeryan instaqramda çılpaq qızlarla olan fotolar və videoları ilə də məşhurdur. Onun instaqramda 30 milyona, “X”də isə 2 milyona yaxın izləyicisi var.

D.Bilzeryan 2018-ci ildə Ermənistan vətəndaşlığı alıb. Daha sonra həmin vaxt işğal altında olan Azərbaycan torpaqlarına gələrək burada müxtəlif silahlarla hədəflərə atəş açıb. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb. Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, “İnterpol” xətti üzrə beynəlxalq axtarışa verilib.
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO










