Azərbaycanlı dənizçilərin olduğu gəmiyə PUA HÜCUMU

Qara dənizdə göyərtəsində azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları (Cook Islands) bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanını tərk edərkən gözlənilmədən hücuma məruz qalıb.
İlkin məlumatlara görə, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.
Gəminin göyərtəsində 10 nəfər Hindistan, 3 nəfər Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvü olub. Dron hücumundan sonra vətəndaşların təcili təxliyə işlərinə başlanılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəmiyə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilmir./ajans.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












