Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi - Planı düz işləmədi - VİDEO

Almaniyada maaşını ala bilməyən 44 yaşlı azərbaycanlı şəxs müdirini qaçırmağa cəhd edib.
Avtosfer.az “RTL WEST” telekanalına istinadən xəbər verir ki, hadisə Vutterpal şəhərində baş verib.
Məlumata görə, həmyerlimiz 35 yaşlı digər bir azərbaycanlı ilə əlbir olaraq müdirini qaçırmaq barədə plan qurub. Lakin onun şəriki səhv adamı girov götürüb.
Hadisə zamanı onlar həmin şəxsi bıçaqla hədələyərək məcburən avtomobilə mindiriblər. Yolda maşını saxlayarkən o qaçmağa nail olub. İnsident anında girov yüngül xəsarətlər alıb.
Avqustun 28-də həmyerlilərimiz qaçırılma hadisəsi ilə bağlı Vutterpalda məhkəmə qarşısına çıxarılıblar.
Hər iki şəxs təhlükəli bədən xəsarəti yetirmək və azadlıqdan məhrumetmə ittihamları ilə müvafiq olaraq 1 il 7 ay və 1 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.
Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












