Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Şimali Kiprin Girnə şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən ölkənin hökuməti rəsmi məlumat yayıb.
Bildirilir ki, nəşi tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaya başlanılıb. Qeyd olunur ki, hadisənin baş verdiyi ilk andan etibarən itkin düşən bütün şəxslərin tapılması məqsədilə dövlətin bütün resursları səfərbər edilib və axtarış prosesi fasiləsiz olaraq davam etdirilir.
Məlumata görə, faciə nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb, itkin düşən yeddi nəfərin axtarışları isə hazırda davam edir.
Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da - yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












