“Azəriqaz”ın vətəndaşlara yazdığı külli miqdarda borc silindi

Xətai Rayon Məhkəməsinə mülki qaydada müraciət edən vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onlara əsassız olaraq külli miqdarda borc yazıldığını bildirib.
Avtosfer.az xəbər verir ki, həmin şəxslər yazılan borcun əsassız olduğunu deyiblər və məhkəmədən məsələyə hüquqi qiymət verməsini xahiş ediblər.
Qeyd edilib ki, “Azəriqaz” əməkdaşları tərəfindən onlara xətdən kənar qoşulma və sərfiyyatla bağlı akt tərtib edilib. Həmin aktlarda İB tərəfindən qazdan istifadə qaydalarının pozulması, sayğacdan kənar təbii qazdan istifadə barədə qeyd edilib. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Azəriqaz” vətəndaşlardan müvafiq olaraq 3174 və 3444 manat borcun tutulmasını qeyd edib.
Xətai rayon Məhkəməsində keçirilən iclasda bildirilib ki, “Azəriqaz”a məhkəmə işi ilə bağlı məlumat verilib. Cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilib. Lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmayıb.
Məhkəmənin qətnaməsi ilə vətəndaşlara yazılmış borclar silinib./news24.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












