Azyaşlı şəkərli diabet olduğu üçün bağçadan kənarlaşdırılıb? - VİDEO

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.
Avtosfer.az-ın məlumatına görə, uşağın anası Hədiyyə Qurbanəliyeva Xəzər TV-yə açıqlamasında bildirib ki, ona xəbərdarlıq edilmədən övladı bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.
Valideyn qeyd edib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.
“Sentyabrın 1-i 2025-ci ildən doqquz ay bağçaya getdi, onuncu ay bildik ki, şəkərli diabetdir. İkinci qrup əlillik təyin olunub. Şəkərli diabet olduğuna görə bəhanə edirlər ki, tibb bacısı gah olur, gah olmur, amma yalan deyirlər”, - o əlavə edib.
H.Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara övladının 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb edilib: “Mən onlara vəziyyəti izah etdim. Dedilər ki, uşaq bir az sağalsın, özünə gəlsin, danışarıq. Bildirdim ki, çıxarılma olacaqsa, indidən deyin, işimi bilim, çünki ödəniş edirəm. Qeyd etdilər ki, belə bir şey olmayacaq. Sonra isə bağçaya çağırıb dedilər ki, bu məsuliyyəti üzərimizə götürə bilmərik. Uşaq xəstədir deyə onu niyə cəmiyyətdən uzaqlaşdırsınlar? Niyə öz yaşıdlarından geri qalsın?”
Valideynin sözlərinə görə, bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb.
O deyib ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət edilib.
Müəssisə rəhbərliyi məsələ ilə bağlı iddialara aydınlıq gətirməyib.
Daha ətraflı videosüjetdə:
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












