Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yük maşınında yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 24-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobilinin ön hissəsində qəfil yanğın başlayıb. İlkin məlumata görə, sürücü vaxtında avtomobildən düşə bildiyi üçün xəsarət almayıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi yanıb, nəqliyyat vasitəsinin qalan hissəsi isə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












