Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü

Bakıda əqli cəhətdən zəif olan yeniyetmə oğlan 12 yaşlı tanışını xüsusi amansızlıqla döyüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Səmədzadə küçəsində baş verib. 2008-ci il təvəllüdlü Məsud Ağayev (soyadı şərtidir) əqli inkişafdan qaldığından özündən kiçik oğlanlarla söhbət edib, onlarla danışıb. 9-cu sinfə qədər internat məktəbində böyüyən Məsudu anası götürüb evinə gəlib və məhəllələrindəki oğlanlarla münasibət qurmağa icazə verib. Məsud məhəllədə özündən yaşca balaca olan Elgünlə tanış olub və onunla münasibət qurub. Bir müddət sonra Məsud məhəllədəki Anar və Xəyal adlı azyaşlılara pul verərək, mağazadan nəsə almağı xahiş edib. Azyaşlılar mağazaya getmək istəsələr də, Elgün onlara - "getməyin, o gicdir, internatda böyüyüb", - deyib. Elgünün bu sözünə əsəbiləşən Məsud onu vurub oturduğu velosipeddən yıxıb. Daha sonra o, Elgünü yerdə təpikləyib. Elgün aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və məlum olub ki, azyaşlının dalağı partlayıb. Əməliyyat yolu ilə Elgünün dalağı kəsilərək bədənindən xaric edilib. Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun xəstə və yeniyetmə olduğunu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.
Bakıda yüksəkrütbəli şəxs güllələnərək ÖLDÜRÜLDÜ
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır











