Bakıda 29 yaşlı kişi təzə evləndiyi arvadını boşanmaq istədiyi üçün küçədə döydü

Bakıda 29 yaşlı kişi dörd ay əvvəl evləndiyi həyat yoldaşını küçədə döyüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Famil Qasımov (adı və soyadı şərtidir) bu ilin aprel ayında ailə həyatı qurub. O, bir müddət həyat yoldaşı ilə normal münasibətdə olsa da, qızın valideynlərinin müdaxilələrindən sonra cütlük arasında mübahisə yaranıb. Nəticədə F.Qasımov həyat yoldaşından ayrı yaşamaq qərarına gəlib. Bir neçə gün öncə Famil həyat yoldaşına zəng edərək onunla görüşüb münasibətləri düzəltmək istəyib. Onlar metronun "Həzi Aslanov" stansiyası yaxınlığında görüşüb söhbət etmək istəsələr də, həyat yoldaşı Famildən ayrılmaq qərarı verdiyini bildirib. O, Famildən məhkəməyə boşanma ərizəsi verməsini istəyib. Tərəflər arasında yenidən mübahisə başlayıb və Famil həyat yoldaşının baş və bədən nahiyələrinə yumruq zərbələri endirib. Qadın məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gəliblər və Famil saxlanılaraq polis şöbəsinə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə F.Qasımov 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












