Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə BIÇAQLANDI - YENİLƏNİB

"18.08.2026-cı il tarixində saat 00:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi ərazisindən çağırış qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın Əhmədli qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (kişi) kəsilmiş, deşilmiş yaralar diaqnozu ilə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə hospitalizasiya olunub".
***09:30
Bakının Xətai rayonunda üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, Balakən rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov kirayə yaşadıqları evdə bıçaqlanıblar.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma zamanı hər üç şəxsin onlarla birlikdə kirayədə yaşayan şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib.
İlkin məlumata görə, hadisədən əvvəl mənzildə yeyib-içən şəxslər arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır./teleqraf
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












