Bakıda 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı - YENİLƏNİB

Bakıda 8-ci mərtəbədən yıxılan 3 yaşlı uşağın vəziyyəti stabildir.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər. Məlumatda qeyd edilir ki, iyunun 7-də saat 00:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xocalı prospekti, 24 A ünvanından çağırış qeydə alınıb:
"Aidiyyəti üzrə təcili tibbi yardım briqadası tərəfindən 2023-cü il təvəllüdlü uşaq (kişi cinsli) müştərək zədələnmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir".
***11:30
Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb.
O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb.
Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












