Banner

Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - YENİLƏNİB

Hadisə 7 Oktyabr 2026 15:03
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda 24 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Müseyib Əhmədov iki il əvvəl ailəsindən boşanıb və həmin qəsəbədə kirayədə yaşayan 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadə ilə tanış olub. Fatimə Sulutəpədə yaşasa da, Binə qəsəbəsindəki kafelərdən birində işləyirmiş.

Daha sonra onlar sevgili kimi birlikdə yaşamağa başlayıblar. Müseyib Fatimənin kirayədə qaldığı evdə onunla birlikdə qalmaq qərarına gəlib. Məlumata görə, bir neçə gün əvvəl cütlük arasında mübahisə yaşanıb və Müseyib evə gəlməyib. Dünən axşam saatlarında Müseyib evə dönüb və Fatimənin mənzildə olmadığını görüb. Qadın onun zənglərinə də cavab verməyib. Ardınca kişi Fatimənin işlədiyi yerə - Xəzər rayonunun Binə qəsəbəsindəki kafeyə gedib. O, kafenin yaxınlığındakı dayanacaqda Fatimə ilə rastlaşıb. Xanım M.Əhmədovdan ayrılmalarını və bir daha onu narahat etməməsini istəyib. Nəticədə sevgililər arasında mübahisə yaranıb. Bu zaman Müseyib üzərində gəzdirdiyi bıçaqla Fatiməyə bir neçə zərbə endirib.

Qadın xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

***11:48

Bakıda ər arvadını qətlə yetirib.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Museyib Əhmədov şəxsi münaqişə zəminində arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Rəhmənzadə xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./apa

Oxunub : 230
ŞƏRH YAZ
Ad

E-mail

Şərh