Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu - YENİLƏNİB

Bakıda anasını bıçaqlamaqda təqsirləndirilən şəxs əsəb xəstəliyindən əziyyət çəkirmiş.
51 yaşlı Mehriban Abdullayevanı bıçaqlamaqda təqsirləndirilən K.Abdullayev uzun müddət əsəb xəstəsi imiş. Ona görə də ailənin böyük oğlu ailə qurub, onlardan ayrı yaşayırmış. K.Abdullayev isə ata və anası ilə birlikdə qalırmış. Ailə başçısı Vahid Abdullayev restoranlardan birində gözətçi, hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayev isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma departamentində fəhlə işləyirmiş. Ailə K.Abdullayevi bir neçə dəfə əsəb xəstəliyindən müalicə də etdirib.
Hadisə günü K.Abdullayev gecə saatlarında qəfil əsəbiləşib və özünü bıçaqlamaq istəyib. Bunu görən ana bıçağı ondan alaraq, oğlunu sakitləşdirməyə cəhd edib. Əsəblərinə hakim ola bilməyən K.Abdullayev anasını bıçaqlayıb.
***
Bakıda qadının xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsinin təfərrüatı bəlli olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 12-də axşam saat 22 radələrində paytaxtın Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 39 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.
Bıçaqlanan şəxs - 1951-ci il təvəllüdlü Mehriban Abdullayeva əslən Quba rayonundandır. O, həmin mənzildə həyat yoldaşı, iki oğlu və gəlini ilə birgə yaşayır. Zərərçəkənin Xətai rayonu ərazisindəki poçt şöbələrindən birində çalışdığı bildirilir. M.Abdullayeva mənzildə yaranan ailə münaqişəsi zamanı bıçaq xəsarəti alıb.
Məlumata görə, bir müddət əvvəl sözügedən ailə yol-nəqliyyat hadisəsi keçirib və qəza zamanı evin gəlini xəsarət alıb.
***10:36
Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə dünən gecə saatlarında Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş verib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda qadın bıçaqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Məlumata görə, o, evində oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












