Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜ - VİDEO - YENİLƏNİB

Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım göstərilib"./oxu.az
***15:53
Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.
Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.
***
Oxu.az-ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.
Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












