Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO

Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəldiyini, daha sonra isə dərisinin soyulmağa başladığını bildirib. Avtosfer.az xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər sonradan suluqlara çevrilərək üz nahiyəsinə qədər yayılıb. Allergiyanın ağır formasına çevrilən yaralar pasiyentin vəziyyətini daha da ağırlaşdırıb. Xəstəxanaya çatdırılan qadına ilkin olaraq toksik allergik dermatit diaqnozu qoyulub. Həkim-efferentoloq Ağa İsmayılov bildirib ki, pasiyent klinikaya ağırlaşmış vəziyyətdə gətirilib. Onun sözlərinə görə, hadisənin səbəbi meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya digər kimyəvi maddələr ola bilər. Bu səbəbdən meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Həkim qeyd edib ki, saplağın giləmeyvədən ayrılması da vacibdir. Əks halda bu, orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. 27 yaşlı qadının yaxınları isə bildiriblər ki, onun vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












