Banner

Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - VİDEO

Hadisə 19 Sentyabr 2026 15:45
Bakıda əsas yollardan biri qaranlığa qərq olub: Sakinlər narazıdırlar - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sakinlər Kənar Dairəvi yolun yaxınlığındakı küçənin işıqlandırılmamasından şikayətçidirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət edən sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, bir aydan çoxdur ki, Sədərək Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətinə gələn yolda işıqlar söndürülüb:

"Bu yol əsas sürətli yollardan biridir, işıqlandırmanın olmaması qəza risklərini də artırır", - deyə sakinlər qeyd ediblər.

bax.tvhttps://player.bax.tv/embed/227145.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh