Bakıda imtahana gedən tələbə universitetin bir neçə addımlığında qazılan xəndəyə düşüb - VİDEO

Bakıda tələbə universitet yaxınlığında qazılmış quyuya düşərək xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinlikdəki quyuya yıxılıb. O, hadisə nəticəsində ağır xəsarət alıb.
Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşları huşsuz vəziyyətdə tapıb.
“Onu xəstəxanaya çatdırıblar. Oğlumun başına 5 tikiş qoyuldu. Sonra məlum oldu ki, uşağımın böyrəyi 2 yerə bölünüb, görüntüləri də var”.
O qeyd edib ki, həmin yerdə təhlükəsizliyə məsul olan “Caspian Construction” şirkəti övladı ilə maraqlanmayıb:
“Onlardan bunun səbəbini soruşanda, mənə dedilər ki, qışqır-bağır salma, get nə edirsən et. İndi çıxıb cavab versinlər. Niyə 20 manatlıq setkadan ötrü mənim uşağım bu hala düşməlidir?! Deyirlər ağır texnika işləyir, axı insanlar keçən yerdə ağır texnika necə işləyə bilər?! Mənim övladım yarımcandır, qanun qarşısında cavab versinlər”.
Zərərçəkmiş tərəfin vəkili bildirib ki, hadisə ilə bağlı sözügedən şirkətin əməkdaşı Ceyhun Bəbirzadə cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmə prosesində özünü qismən təqsirli bilib. Qətimkan tədbiri olmadan davam edən məhkəmə prosesi iyunun 30-na planlaşdırılıb.
Şirkət əməkdaşı Səbuhi Həmzəyev isə sualları cavablandırmaqdan imtina edib.
Ətraflı Real TV-nin reportajında:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












