Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Bakıda "ipoteka dələduzluğu” baş verib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Vahid adlı şəxs hərbi qulluqçulardan birinə (müəyyən səbəblərdən adını açıqlamırıq) ipoteka ilə mənzil almaqda yardım edəcəyini bildirərək onun 18 000 manatını mənimsəyib. Dələduzluğun qurbanı olmuş hərbi qulluqçu hüquq-mühafizə orqanlarına şikayət edib və Vahid saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cq maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin məlum olub ki, o, 2023-cü ildə dələduzluğa görə məhkum olunub. Həmin vaxt Vahidə Xətai Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırması cəzası verilib. Növbəti cinayətin məhkəmə istintaqı isə Qaradağ Rayon Məhkəməsində aparılıb. Vahid məhkəmədə özünü verilimiş ittiham üzrə qismən təqsirli bilib. Lakin məhkəmə onun tam təqsirli olması qənatəinə gəlib. Hakim Teymur Qurbanovun hökmü ilə Vahidə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Xətai Rayon Məhkəməsinin hökmünə əsasən ona təyin edilmiş 2 il 9 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 5 ay 21 gün hissəsi 1 il 2 ay 25 gün azadlıqdan məhrumetmə cəzasına hesablanaraq hazırki cəza ilə qismən toplanılıb, eyni zamanda həbsdə olduğu 1 ay müddət nəzərə alınmaqla üzərində qəti olaraq 4 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












