Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda keçmiş həyat yoldaşını qətlə yetirən Zaur Qəhrəmanov hadisə yerinə "BMW" markalı avtomobillə gəlib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, günorta saat 15 radələrində o, yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki evindən çıxıb və Bakının Nəsimi rayonu, Mircəlal küçəsi, 2 a ünvanına gəlib.
Zaur avtomobili park etdikdən sonra keçmiş həyat yoldaşını əraziyə çağırıb. O, ov tüfəngini avtomobilin yük yerində gizlədib.
Amalya ilə mübahisədən sonra o, avtomobilin yük yerindən ov silahını götürərək qadına atəş açıb.
***19:07
Bakıda qadının küçədə qətlə yetirilməsinin daha bir təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsi qadının azyaşlı uşağının gözü qarşısında baş verib.
Belə ki, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov dünən övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O, buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.
Bu gün isə Zaur ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib.
Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb.
Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib.
***18:07
Bakıda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində güllələnən Amalya Qəhrəmanova 44 yaş yaşında olub. Hadisədə şübhəli bilinən Zaur Qəhrəmanovun isə 43 yaşı olub.
Qeyd edək ki, kişinin tüfənglə keçmiş arvadını güllələyərək qətlə yetirdiyi ehtimal edilir. Daha sonra o özünə atəş açıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
***17:43
Bakıda keçmiş həyat yoldaşını küçədə güllələməkdə ehtimal edilən şəxs saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən keçmiş ər tutulub.
***17:09
Bakıda silahlı insident baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.

Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












