Bakıda kişi keçmiş həyat yoldaşı və qaynanasını buna görə öldürübmüş - FOTO

Bakının Sabunçu rayonunda baş verən qətlin təffərüatı məlum olub. Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, Ramana qəsəbəsində 35 yaşlı Vüsal Lütfəliyev qızının ad günündə onu görmək üçün Ramana qəsəbəsinə gəlib. Lakin onun keçmiş həyat yoldaşı Xəyalə və qaynanası İradə görüşə mane olmağa çalışıblar.
Bundan hiddətlənən V.Lütfəliyev əvvəlcə qaynanasının ağız nahiyyəsini, sonra boynunu kəsib.
Keçmiş həyat yoldaşının ürək nahiyyəsinə bir bıçaq zərbəsi vurub. Bütün bu hadisələr onun iki azyaşlı övladının gözləri qarşısında baş verib. Hadisədən xəbər tutan qonşular polisə məlumat verib.
Polisdən qaçmaq istəyən V.Lütfəliyev hasardan qonşunun həyətinə tullanıb. Bu zaman o əllərindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Çoxlu qan itirərək digər qonşunun həyətinə keçib.
Orada V.Lütfəliyevin özünə məxsus ayaqqabının ipi ilə ağacdan asılmış meyiti aşkarlanıb.
Qeyd edək ki, ölən hər üç şəxsin meyiti Şəki şəhərində dəfn edilib. Verilən məlumata görə, V.Lütfəliyev və həyat yoldaşı Xəyalə uzun müddətdir ki, Şəkidə yaşayırmış. Xəyalənin anası İradə Vüsalı işləməsi üçün həyat yoldaşı ilə birgə Bakıya çağırıb. Hadisədən üç gün əvvəl isə Xəyalə boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












