Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO

Bəzi media subyektlərində və sosial şəbəkələrdə Xətai rayonu Xocalı prospekti 29 ünvanında sürücünün şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyməsi ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı sürücü Nəriman Zeynalov Avtosfer.az-la əlaqə saxlayaraq bildirib ki, görüntülər konteksdən çıxarılaraq yayılıb.
Əslində isə məsələ tam başqadır: “Uzun müddətdir ki, qeyd edilən ünvanda bir qrup qonşu tərəfindən qeyri-qanuni quraşdırılan şlaqbaum sakinlər arasında narahatlıq yaradıb. Buna səbəb isə binanın girişində olan mühafizəçi ilə sakinlər arasında olan narazılığın daha da böyüməsidir.
Mühafizəçi hər ailəyə məhdud sayda maşını həyətə buraxmağa icazə verir. Binanın həyətində geniş yer olduğu halda ailədə olan digər maşınların buraxılması qadağan edilib. Bu da öz növbəsində sakinlərin ciddi narazılığına səbəb olur. Yəni bina sakinləri öz ailə maşınlarını həyətlərində nəinki saxlaya, heç həyətə daxil ola bilmirlər.
Ümumiyyətlə isə mühafizəçinin bu hərəkələri tam qanunsuzdur. Bina sakinləri hər biri öz avtomobili ilə həyətə rahat daxil olub çıxa bilərlər.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli 143 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükə sistemlərilə təchiz edilməsi üzrə xüsusi tikinti normalarının təsdiq edilməsi barədə qərarına əsasən qeyd olunan növ obyektlərin (hansı ki bu obyektlərin də siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarı ilə təsdiqlənib) ərazisinin fiziki mühafizəsi zamanı avtomatik çəpərlərin mexanizmlərinin yəni şlaqbaumların tətbiqinə yol verilir.
Digər hallarda isə bu məsələ tənzimlənmədiyinə görə yanğın təhlükəsizliyi qaydalarının 3.3-cü yarımbəndində nəzərdə tutulan yolverilməz fəaliyyətlə əlaqədar bir daha bildiririk ki yaşayış binalarının giriş-çıxış yollarının üzərində maneələrin quraşdırılması yolverilməzdir”.
Görüntülərə gəldikdə isə onu deyə bilərəm ki, həmin günü öz avtomobilim ilə həyətə daxil olarkən mühafizəçi tərəfindən şlaqbaum açılmayıb. Dəfələrlə öz etirazımı bildirdiyimə baxmayaraq mühafizəçi açmayacağını bildirdi və nəlayiq ifadələr işlədərək əlində olan küt aləti üstümə atdı. Bundan sonra mən öz əsəblərimi cilovlaya bilməyərək mühafizəçinin oturduğu kabinetdə daxil olaraq onun qolundan tutub çölə çıxartdım. Düzdür mən əslində bu hərəkəti etməməli idi, lakin həmin mühafizəçi öz davranışı ilə məni buna məcbur etdi.
Qeyd olunan videoda hər bir məqam açıq aşkar görünür. Burada döyülməkdən qəti söhbət gedə bilməz. Sadəcə olaraq yayılan görüntülərin əvvəli (mühafizəçinin əl qol ilə qışqıraraq danışması və üstümə nəisə atması) bilərəkdən kəsilərək ictimaiyyətə səhv məlumat kimi ötürülüb.
Nəriman Zeynalov həmçinin bildirib ki, videonu kəsərək ictimaiyyətdə çaşqınlıq yaradan şəxslə bağlı hüquqi müstəvidə mübahisəsini davam etdirəcək.
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO












