Bakıda piyadalardan biri qayda pozdu, digəri isə nümunə oldu - VİDEO

Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində (“Koroğlu” metrosu yaxınlığında) qayda pozan və qaydalara əməl edən piyadalar avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı qadın hərəkətdə olan avtomobilə məhəl qoymayaraq yolu təyin olunmamış yerdən keçib. Hadisənin baş verdiyi ərazidən bir neçə metr irəlidə piyada keçidinin olduğu videoda aydın görünür.
Digər kadrda isə qaydalara əməl edən gənc oğlan yolu keçərkən avtomobilin dayanmasını gözləyib və yalnız tam təhlükəsizlik təmin olunduqdan sonra piyada keçidindən keçib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada hər zaman yalnız təyin olunmuş piyada keçidindən keçməlidir. Hərəkətdə olan avtomobillərə diqqət yetirmək və yolu keçməzdən əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin dayanmasına əmin olmaq həyati təhlükəsizlik baxımından vacibdir. Qaydalara əməl etmək həm piyada, həm də sürücü üçün qəza riskini xeyli azaldır.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












