Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO

Paytaxtın 8 Noyabr prospektində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 22-də səhər saatlarında qeydə alınıb. Videogörüntülərdən məlum olur ki, qadın azyaşlı övladı ilə birlikdə 8 zolaqlı yolu müəyyən olunmamış hissədən keçməyə çalışıb. Yolun hərəkət hissəsində irəliləyən zaman uşaq anasının əlindən çıxaraq qaça-qaça qarşı tərəfə keçib.
Xoşbəxtlikdən həmin anda yolda avtomobillərin sıxlığı müşahidə olunmadığından faciənin qarşısı alınıb.
Kadrlardan həmçinin görünür ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında yerüstü piyada keçidi mövcuddur. Buna baxmayaraq, piyadanın təhlükəli şəkildə yolu keçməsi həm özünün, həm də azyaşlının həyatını ciddi risk altında qoyub.
Qeyd edək ki, yüksək sürət rejiminin tətbiq olunduğu çoxzolaqlı yollarda piyadaların ani şəkildə hərəkət hissəsinə çıxması sürücülər üçün reaksiya imkanını minimuma endirir. Belə hallarda bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrlə yekunlaşa bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












