Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" – TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda qadın ərinə xəsarət yetirib.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə ötən il iyulun 26-da Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib.
1992-ci il təvəllüdlü Fərqanə həmin gün saat 12 radələrində yaşadıqları evin dəhlizində həyat yoldaşı Məmmədlə (adlar şərti verilib – red.) mübahisə edib.
Buna səbəb Məmmədin qadının barəsində böhtan xarakterli ifadələr işlətməsi olub.
Mübahisə zamanı qadın kabellə ərinin qarın, qol və kürək nahiyələrinə, tava ilə qoluna, əli ilə isə üzünə bir neçə dəfə vurub.
Fərqanənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fərqanə ifadəsində göstərib ki, 2021-ci ildə Məmmədlə ailə həyatı qurub, bir azyaşlı övladları var: “Əvvəllər münasibətlərimiz yaxşı idi, sonradan aramızda mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr yaşandı.
Hadisədən əvvəlki gün övladıma dərman içirdikdən sonra dərmanı harasa qoyduğum üçün onu tapa bilmədim. Təxminən saat 3 radələrində Məmməd evə gələrək yatdı. O, dərmanı axtardıqda evin həyətindən tapdı və buna görə mənə irad bildirməyə başladı. Durmadan ünvanıma böhtan xarakterli ifadələr işlətməyə davam etdiyi üçün aramızda mübahisə yarandı.
Evin dəhlizində olan kabeli götürərək onun qarın, qol və kürək nahiyələrinə, tava ilə qoluna, əlimlə üzünə zərbələr vurdum. Məmməd isə kabellə məni boğmağa çalışdıqda onun əlindən çıxdım”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Fərqanə 1000 manat məbləğində cərimə olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












