Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakının Nəsimi rayonunda 39 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Avtosfer.az “demokrat.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun İbrahim Əbilov küçəsində baş verib. 1987-ci il təvəllüdlü Elçin yaşadığı ünvanda həyat yoldaşı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə-məişət münasibətlərinin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı o, həyat yoldaşının baş nahiyəsinə qəsdən plastik qabla vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, dəymiş zərəri ödədiyini və törətdiyi əməldən peşman olduğunu bildirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə isə xitam verilib.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












