Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi

Bakıda 30 yaşlı rejissor Kamran Hüseynov (soyad şərtidir) 60 yaşlı sürücünü döydüyü üçün həbs olunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Kamran Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmə icraatına verilib.
İstintaqla müəyyən olunub ki, hadisə Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanında baş verib. Kamran Hüseynov bir qadının azyaşlı övladı ilə yolu keçdiyini, bu zaman "Mitsubishi Pajero" markalı avtomobilin onlara yaxınlaşdığını, sürücünün isə telefondan istifadə etdiyini görüb. Qadın sürücüyə irad bildirərək ərazidən uzaqlaşıb.
Hadisədən sonra Kamran avtomobilə yaxınlaşaraq sürücüyə "Korsan, uşağın gəldiyini görmürsən? Sürə bilmirsənsə, sürmə" deyə irad bildirib. 1965-ci il təvəllüdlü sürücü Elxan isə "Gələnlərin hamısını görürəm, buna görə avtomobili saxladım. Oğlum yaşındasan, niyə mənimlə belə danışırsan?" cavabını verib. Bu sözlərdən sonra Kamran əsəbiləşərək Elxanı sifət nahiyəsindən vurub və onun burnunu sındırıb.
Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə çıxış edərək maddi ziyana görə 2 630 manat, mənəvi ziyana görə isə 200 000 manat, ümumilikdə 202 630 manat təzminat tələb edib.
Məhkəmənin hökmü ilə Kamran Hüseynova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Kamran Hüseynov bir neçə televiziya kanalında rejissor kimi çalışıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












