Bakıda restoran ciddi təhlükə yaradır - Sakinlər narahatdırlar - VİDEO

Azadlıq prospekti, 28 ünvanında, yaşayış binasının altında fəaliyyət göstərən "Leo Port Burger" adlı obyektin havalandırma sistemi uzun müddətdir sakinləri narahat edir.
Bununla bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, havalandırma borusundan yağ axır və bu axıntı bir neçə dəfə binada qısaqapanmaya səbəb olub. Bu isə hər an yanğına gətirib çıxara biləcək ciddi təhlükə deməkdir.
"Bir ildən artıqdır ki, həmin restoranla mübarizə aparırıq. Sakinlərin razılığı olmadan binaya boru quraşdırıblar. Şikayət etdikdə isə bizə - "Siz kimsiniz? Biz nə istəyirik, onu da edirik", - dedilər. Borudan axan çirkli yağ bizim eyvana tökülür. Narazılığımızdan sonra daha irihəcimli mühərrik və boru gətirib binanın damına yerləşdirdilər. Mühərrik işə düşəndə bina silkələnir. Boru tüstü bacasının yanındadır, kiçik bir qığılcım yağla birləşsə, güclü yanğın baş verə bilər", ‒ deyə sakinlərdən biri söyləyib.
Restoranın inzibatçısı İbrahim Babayev havalandırma sisteminin 2022-ci ildən quraşdırıldığını söyləyib:
"Aidiyyəti qurumların bu barədə məlumatı var. Sakinlər düşünürlər ki, biz bunu yeni etmişik, amma sistem əvvəldən belədir".
O, həmçinin restoranın qarşısındakı ağacların kəsilməsi ilə bağlı deyilənləri təkzib edib. Əlavə edib ki, təmizlik işləri aparılan zaman sakinlər onlara mane olmağa çalışaraq təhlükəli vəziyyət yaradırlar. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Ağacların kəsilməsi və havaya yayılan qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, əraziyə baxış keçirilib və şikayət araşdırılacaq.
Daha ətraflı videomaterialda:
ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO - YENİLƏNİB
Bakıda şok hadisə: Nəhəng ilanla taksiyə minmək istədi - VİDEO
Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB










