Bakıda sərxoş sürücü “şəhid ailəsiyəm” deyib özünə xəsarət yetirdi

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü məsuliyyətdən boyun qaçırmaq üçün özünü bıçaqlayıb.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yaqub Məmmədov (ad-soyad şərtidir) dostları ilə restorandan çıxarkən içkili halda sükan arxasına əyləşib. Onun idarə etdiyi avtomobil Yasamal qəbiristanlığı yaxınlığında YPX əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman 1989-cu il təvəllüdlü Yaqub Məmmədov dostlarına maşından düşməməyi, məsələni özünün həll edəcəyini deyib. YPX əməkdaşı sürücüyə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün maşını cərimə duracağına aparılacağını bildirib. Bu zaman şəhid ailəsi olduğunu qeyd edən 36 yaşlı sürücü mübahisə edib və özünə “BYD” markalı avtomobilində olan bıçaqla xəsarət yetirib, daha sonra isə hadisə yerindən uzaqlaşaraq dostları ilə birgə xəstəxanaya yollanıb.
İctimai təhlükəziyə qarşı cinayətdə ittiham olunan Y.Məmmədovun işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə Yaqubun özünün qazi, atasının isə Kəlbəcərin işğalı zamanı həlak olmasını və himayəsində azyaşlı uşaqların olmasını yüngülləşdirici hal kimi qəbul edib. Əməlindən peşiman olduğunu bildirən təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il müddətinə islah işlərinə cəlb edilib.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












