Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı - VİDEO

Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.
Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, üzərinə spirt tökülərək yandırılan 9-cu sinif şagirdinin vəziyyəti ağırdır, onun həyatda qalması üçün qan axtarılır.
Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib. O qeyd edib ki, yeniyetmənin sifət, baş, sinə, hər iki qolları, bütün qarnı və kürəyi, ümumilikdə bədəninin 66%-i yanıb: "Böyrək çatışmazlığı başlayıb. Çox pis vəziyyətdəyik".
"Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












