Bakıda taksi sürücüsü SƏRNİŞİNİ DÖYDÜ - Qapını kobud açıb

Bakıda taksi sürücüsü sərnişini döyüb. Avtosfer.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. “Changan” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Ramiz Cəfərov (ad və soyad şərtidir) müştəri kimi maşına əyləşmək istəyən Əli Mehdiyevin (ad və soyad şərtidir) avtomobilin qapısını kobud surətdə açmasına irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Ə. Mehdiyevin mübahisə zamanı onu təhqir etməsindən əsəbiləşən R.Cəfərov onun sifət nayihəsinə yumruqla vuraraq xəsarət yetirib. Faktla bağlı Ramiz Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını qeyd edib. Həmçinin zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Ramiz Cəfərov barəsində cinayət işinin icraatına xitam verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












