Bakıda yeni dələduzluq üsulu - Qarajda qızıl alıb saxta dollar verdi

Bakıda dələduzluq hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtda fəaliyyət göstərən qızıl satışı ilə məşğul olan mağazalardan birində baş verib.
Belə ki, 8 200 manat dəyərində qızıl sifarişi verilib və məhsulun ünvana kuryer vasitəsilə çatdırılması istənilib.
Məlumata görə, kuryer sifarişi Grand Həyat yaşayış kompleksinin qarajında təhvil verməli olub. Özünü müştəri kimi təqdim edən şəxs ödənişi dollarla edəcəyini bildirərək kuryeri aldadıb və ona ümumilikdə 4 900 ABŞ dolları məbləğində saxta pul təqdim edib.
Pulların saxta olduğu anlaşıldıqdan sonra mağaza müştəri ilə əlaqə saxlayıb. Lakin qarşı tərəf pulların saxta olduğunu inkar edərək kuryeri görüş yerinə geri çağırıb. Kuryeri və mağaza sahibini həmin ərazidə gözlədən şəxs, daha sonra onların nömrəsini bloka ataraq telefonu söndürüb.
Qeyd olunub ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Dələduzluq edən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Mağaza sahibi vətəndaşları diqqətli olmağa və alış-veriş zamanı milli valyuta ilə ödənişə üstünlük verməyə çağırıblar./demokrat.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












